...

ARDNŞ-nin Gürcüstandakı yanacağı qəbul edilmiş bütün standartlara tam uyğundur

Energetika Materials 14 Fevral 2011 16:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın neft məhsullarının sertfikatlaşdırılmış orqanı "Monitorinq" Azərbaycandan "Georgia Petroleum" şirkəti tərəfindən idxal edilən benzin və dizel yanacağının keyfiyyətinin yoxlanışını və sertifikatlaşdırılmasını aparıb. Yoxlama zamanı elan edilib ki, hər iki məhsul Gürcüstanda qüvvədə olan bütün standartlara tam uyğundur.

"Monitorinq"dən məlumat verdiklərinə görə, yanacağın nümunələri bilavasitə yanacaqdoldurma məntəqələrindən götürülüb.

Bundan başqa, dizel yanacağının tərkibində ötən illə müqayisədə kükürdün həcmi azaldılıb.

"Regular" markalı benzinin oktan sayı da yaxşılaşdırılıb. Bu, mühüm və müəyyənedici parametrlərdən biridir. O, 93-93,5 vahid çərçivəsində dəyişir, halbuki qüvvədə olan standarta görə, oktan sayı 91 vahiddən az olmamalıdır.

Bununla yanaşı, yanacaqdoldurma məntəqələrində avtomobillərin çənlərinə yanacağın doldurulmasının dəqiqliyi müəyyən edilib. ARDNŞ-nin yanacaqdoldurma məntəqələrində bu göstərici 100 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti