...

Bu il ARDNŞ-nin Kulevi neft terminalı neft yüklərinin daşınmasını artıracaq

Energetika Materials 1 Mart 2011 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin yanvar ayında ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus Kulevi neft terminalı 2010-cu ildəki 3,6 milyon tona nisbətdə 4 milyon ton neft məhsulları daşımağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

"Terminalla ən azı ötən ildəki həcmdə neft məhsulları daşınacaq. Lakin proqnozlara görə, bu il terminal dörd milyon ton neft məhsulları daşımalıdır", - mənbə bildirib.

Onun sözlərinə görə, neft yüklərinin ümumi həcmindən 1,5 milyon tona yaxın Qazaxıstan neftinin payına düşür.

Ötən ilin iyulundan terminal Qazaxıstanın "Tengiz" yatağından hasil olunan neftin daşınmasına başlayıb. Buna qədər terminal neft məhsullarının daşınması ilə məşğul olub.

Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti