...

Azərbaycan Parlamenti "Cənub qaz dəhlizi" haqqında bəyannaməni təsdiq edib

Energetika Materials 4 Mart 2011 17:02 (UTC +04:00)
Azərbaycan Milli Məclisi "Cənub qaz dəhlizi" haqqında Birgə Bəyannaməni təsdiq edib.
Azərbaycan Parlamenti "Cənub qaz dəhlizi" haqqında bəyannaməni təsdiq edib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi "Cənub qaz dəhlizi" haqqında Birgə Bəyannaməni təsdiq edib.

Bu bəyannamə Avropa Komissiyası sədrinin Azərbaycana səfəri çərçivəsində, bu il yanvarın ortalarında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən imzalanıb.

Ererji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub qaz dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti