...

Yanvar-fevralda Bakı İES 98 milyon kVt\saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 9 Mart 2011 13:05 (UTC +04:00)
Bakı İstilik Elektrik Stansiyası yanvar ayındakı 52 milyon kilovatt-saatdan çox elektrik enerjisinə qarşı fevralda 46 milyon kilovatt-saat elektrik enerjisi istehsal edib.
Yanvar-fevralda Bakı İES 98 milyon kVt\saatdan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 9 mart /Trend /

Bakı İstilik Elektrik Stansiyası yanvar ayındakı 52 milyon kilovatt-saatdan çox elektrik enerjisinə qarşı fevralda 46 milyon kilovatt-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) mətbuat xidmətindən bildirilib.

Yanvar-fevralda stansiya tərəfindən 98 milyon kilovat-saatdan artıq elektrik enerjisi və 79 min Q/kal istilik enerjisi istehsal edilib.

Stansiya "Azərneftyağ" NEZ və "Azəristiliktəchizat" SC-nin müəssisələrini istilik enerjisi ilə tam təmin edir.

Bakı İES-də hər birinin gücü 53,5 MVt olan iki qaz turbin qurğusu fəaliyyət göstərir. Martda aqreqatların iş abiliyyətinin artırılması məqsədilə hər iki aqreqatın yoxlanılması nəzərdə tututlub. Zəruri ehtiyat hissələrinin və materialların alınması üçün işlər görülür.

Eləcə də 110 kilovatlıq yarımstansiyanın modernləşdirilməsi üzrə işlər də həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti