...

"Azərbaycan Dəmir Yolları" QSC yüklərin daşınmasını 7,5 faiz artırıb

Energetika Materials 29 Mart 2011 14:25 (UTC +04:00)
2010-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin dəmiryol nəqliyyatı ilə 22,3 milyon tondan artıq yük daşınıb ki, bu da 2009-cu ilin analoji göstəricisindən 7,5 faiz çoxdur.
"Azərbaycan Dəmir Yolları" QSC yüklərin daşınmasını 7,5 faiz artırıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin dəmiryol nəqliyyatı ilə 22,3 milyon tondan artıq yük daşınıb ki, bu da 2009-cu ilin analoji göstəricisindən 7,5 faiz çoxdur. Bu barədə çərşənbə axşamı "Respublika" qəzetində dərc olunmuş QSC rəhbəri Arif Əsgərovun müsahibəsində bildirilib.

Onun sözlərinə görə, daşınan yüklərin ümumi həcmindən 3,6 milyon ton daxili daşımaların, 5,7 milyon ton idxalın, 4,87 milyon ton ixrac əməliyyatlarının payına düşüb.

Əsgərovun sözlərinə görə, 2010-cu ildə tranzit əməliyyatların payına 8,2 milyon ton yük düşüb.

Daşınan yüklərin ümumi həcmindən 11,8 milyon ton neft və neft məhsullarının payına düşüb.

Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2929,4 kilometr təşkil edir ki, onun da 2099,7 kilometri istismar xarakterlidir. İstismarda olan dəmir yolunun ümumi uzunluğundan 804,7 kilometr ikizolaqlı yoldur.

Həmçinin, istismarda olan dəmir yolunun 1271,4 kilometri (60 faiz) elektrikləşdirilib, 1650 kilometri isə avtomatlaşdırılmış siqnal sistemi ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti