...

Qazaxıstan "LUKOYL" üçün prioritet fəaliyyət regionlarından biridir - Vahid Ələkbərov

Energetika Materials 18 May 2011 12:39 (UTC +04:00)
Qazaxıstan "LUKOYL" üçün prioritet fəaliyyət regionlarından biridir. Trend-in məlumatına görə, bu barədə "LUKOYL" ASC-nin prezidenti Vahid Ələkbərov bu gün QR Prezidenti yanında Xarici İnvestorlar Şurasının 24-cü iclasında çıxış edərkən bildirib.
Qazaxıstan "LUKOYL" üçün prioritet fəaliyyət regionlarından biridir - Vahid Ələkbərov

Qazaxıstan, Astana, 18 may /Trend, müxbir A.Maratov/

Qazaxıstan "LUKOYL" üçün prioritet fəaliyyət regionlarından biridir. Trend-in məlumatına görə, bu barədə "LUKOYL" ASC-nin prezidenti Vahid Ələkbərov bu gün QR Prezidenti yanında Xarici İnvestorlar Şurasının 24-cü iclasında çıxış edərkən bildirib.

"Qazaxıstan "LUKOYL" üçün prioritet fəaliyyət regionlarından biridir. Qazaxıstandakı layihələrinin payına şirkətin xaricdəki ehtiyatlarının 40 faizə yaxını və xaricdəki "upstream" layihələrə investisiyaların yarısından çoxu düşür", - Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, yaxın illərdə "LUKOYL" fəaliyyətinin genişləndirilməsi üçün imkanların axtarışı ilə yanaşı, müasir texologiyaların tətbiqinə də diqqət yönəldəcək.

"LUKOYL" neft-qaz sektoru üçün yeni müəssisələrin yaradılması proqramında iştirak edir. Aktyubinsk vilayətində tikinti işləri gedir, Qızılorda və Mangistau vilayətlərində isə qaz emalı zavodları tikilib. Bu məqsədlər üçün şirkət 500 milyon dollar sərmayə yatırıb", - "LUKOYL"-un rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti