Azərbaycan, Bakı, 20 iyun /Trend/
Cari təmir işləri ilə əlaqədar iyunun 21-də saat 09:00-dan 18:00-dək Ucar qazpaylayıcı stansiyasından rayonu təbii qazla təmin edən ortatəzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi yaydığı məlumatda deyilir.
Təmir müddəti ərzində Ucar şəhəri də daxil olmaqla, Gəraybəyli, Qarabörk və Rəstəcə kəndlərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.