...

"Bakıelektrikşəbəkə" abonentlərə elektrik enerjisinin kəsilməsi barədə xəbərdarlıq edir

Energetika Materials 4 Avqust 2011 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 8-i saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə SC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək.

Bundan başqa, elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Buna səbəb isə maşın-mexanizmlərin və əməkdaşların Ələt qəsəbəsindən Pirallahı və Pirşağı qəsəbələrinə olan məsafənin yüzlərlə kilometr olmasıdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, ASC-nin internet saytı (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti