...

Azərbaycan neftinin qiymətləri: 19-23 dekabr həftəsinin yekunları

Energetika Materials 24 Dekabr 2011 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/

19-23 dekabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 110,7 dollar/barelə yaxın olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 0,09 dollar azdır.

19-23 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 111,66, minimum isə 108,45 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

19-23 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 104,5 dollar/bareldən artıq təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 0,65 dollar/barel azdır.

19-23 dekabr həftəsində URALS-ın maksimum qiyməti 105,31 dollar/barel, minimum isə 104,58 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

19-23 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 107,7 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 1,26 dollar/barel yuxarı olub.

19-23 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 108,99, minimum isə 104,94 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti