...

Türkiyə arbitraj məhkəməsində İrana qarşı iddia qaldırıb

Energetika Materials 31 Yanvar 2012 14:46 (UTC +04:00)
Türkiyə bu gün Beynəlxalq Arbitraj Məhkəməsində İrana qarşı iddia qaldırıb. İddianın məqsədi bu ölkədən idxal edilən qazın qiymətinə etiraz etməkdir.
Türkiyə arbitraj məhkəməsində İrana qarşı iddia qaldırıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend müxbir A.Tağıyeva/

Türkiyə bu gün Beynəlxalq Arbitraj Məhkəməsində İrana qarşı iddia qaldırıb. İddianın məqsədi bu ölkədən idxal edilən qazın qiymətinə etiraz etməkdir. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bir müddət əvvəl Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan etmişdi ki, İran Türkiyənin bu ölkəyə tədarük edilən qazın qiymətinin azaldılması tələbi ilə razılaşmayıb.

1996-cı ildə İran və Türkiyə ildə 10 milyard kubmetr qazın (sutkada 30 milyon kubmetr) Türkiyəyə tədarükü haqqında saziş imzalayıblar. 2011-ci ildə Türkiyəyə ixrac edilən İran qazı 2010-cu illə müqayisədə 12 faiz artaraq sutkada 24 milyon kubmetr təşkil edib.

Türkiyənin BOTAŞ boru kəməri şirkətinin statistik məlumatlarına əsasən, Türkiyə 2011-ci ildə İrandan 39,7 milyard kubmetr qaz idxal edib. Türkiyəyə qaz ixracatçıları arasında Rusiya birinci yeri tutur, ardınca İran və Azərbaycan gəlir.

Xəbər lenti

Xəbər lenti