...

Azərbaycanda bir neçə kəndə ilk dəfə təbii qaz verilib

Energetika Materials 19 Mart 2012 19:51 (UTC +04:00)
Novruz bayramı ərəfəsində - martın 18-də Goranboy rayonunun Tatarlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Azərbaycanda bir neçə kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Novruz bayramı ərəfəsində - martın 18-də Goranboy rayonunun Tatarlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, 456 abonenti olan Tatarlı kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında uzunluğu 3726 metr olan polietilen boru və uzunluğu 1141 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 456 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Martın 19-da isə Ağcabədi rayonunun Kürdlər və Minəxorlu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

585 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında uzunluğu 33639 metr olan polietilen boru və uzunluğu 2000 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 585 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Masallı rayonunun Musaküçə kəndinə də ilk dəfə olaraq təbii qaz bayram günlərində verilib. Martın 19-da bu münasibətlə ARDNŞ-nin "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd olunub ki, Musaküçə kəndinin 750 abonenti var.

Kəndin qazlaşdırılması birpilləli sistem əsasında aparılıb, uzunluğu 31408,5 metr olan polietilen boru və 557,1 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 750 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti