...

Şimali İraqın kürd administrasiyasından neft İrana qanunsuz ixrac edilir – Mərkəzi hökumət

Energetika Materials 3 Aprel 2012 11:19 (UTC +04:00)
Şimali İraqın kürd administrasiyasının mərkəzi hökumətə satmaqdan imtina etdiyi neft qanunsuz olaraq İrana ixrac edilir.
Şimali İraqın kürd administrasiyasından neft İrana qanunsuz ixrac edilir – Mərkəzi hökumət

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir A.Tağıyeva /

Şimali İraqın kürd administrasiyasının mərkəzi hökumətə satmaqdan imtina etdiyi neft qanunsuz olaraq İrana ixrac edilir. Belə bir bəyanatla İraq Baş nazirinin energetika işləri üzrə müavini Hüseyn Şəhristani çıxış edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Əl-Qüds əl-Ərəbi" agentliyi xəbər verir.

Onun sözlərinə görə, kürd administrasiyası tərəfindən neft tədarükünün dayandırılması İraqın dövlət büdcəsinə güclü zərbə vuracaq. O təfərrüatları açıqlamadan onu da qeyd edib ki, mərkəzi hökumət bu böhranlı vəziyyətin həlli üçün lazım olan tədbirləri görür.

Ötən həftə kürd administrasiyası Bağdada neft satışının həcmini gündə 50 min barelədək azaldıb, bazar günü isə satış tamamilə dayandırılıb.

İraqın şimalındakı kürd administrasiyası ilə Bağdad arasında münasibətlər 2011-ci ilin oktyabrında, Amerikanın "Exxon Mobil" şirkətinin İraqın bu rayonunda neft kəşfiyyatı və hasilatı aparmaq üçün kürdüstan hakimiyyətindən icazə almasından sonra pisləşib. Bağdadda bu sövdələşməni qanunsuz hesab edərək şirkətə xəbərdarlıq edilib ki, əgər o, kürdlərlə razılaşmadan imtina etməsə, onun İraqın Mərkəzi hakimiyyəti ilə sövdələşmələrinə yenidən baxıla bilər.

Xəbər lenti

Xəbər lenti