...

Türkiyədə partladılmış neft kəməri ilə tədarük yaxın vaxtlarda bərpa olunacaq

Energetika Materials 5 Aprel 2012 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Şırnak şəhərində Kərkük-Yumurtalıq neft kəmərində partlayış nəticəsində yaranan problemlər tam aradan qaldırılıb və kəmər vasitəsilə neftin nəqli yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə cümə axşamı Trend-ə BOTAŞ dövlət neft kəməri şirkətindən bildiriblər.

Türkiyənin "Hürriyet" qəzetinin bir müddət əvvəl verdiyi məlumata görə, Şırnak vilayətində gecə İraqdan Türkiyəyə neft ixrac olunan Kərkük-Yumurtalıq neft kəmərində üç partlayış baş verib.

BOTAŞ-dan qeyd ediblər ki, ilkin məlumatlara əsasən, partlayışı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları törədib.

Xəbər lenti

Xəbər lenti