Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/
2-6 aprel həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 126,81 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 0,97 dollar/barel azdır.
2-6 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 128,62, minimum isə 125,99 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
2-6 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 119,94 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 0,43 dollar/barel azdır.
2-6 aprel həftəsində URALS-ın qiyməti maksimum 121,58, minimum isə 119,11 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
2-6 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 123,84 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 0,57 dollar/barel azdır.
2-6 aprel həftəsində "Brent Dated"in qiyməti maksimum 125,62, minimum isə 122,94 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.