...

Şəmkir SES-in kaskadı elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 9 Aprel 2012 12:48 (UTC +04:00)
Bu ilin birinci rübündə Şəmkir SES-in kaskadı proqnozlaşdırılan 205,5 milyon kilovat-saata qarşı 208,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Şəmkir SES-in kaskadı elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu ilin birinci rübündə Şəmkir SES-in kaskadı proqnozlaşdırılan 205,5 milyon kilovat-saata qarşı 208,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji"SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) bazar ertəsi yaydığı məlumatda deyilir.

Kaskadın tərkibinə Şəmkir və Yenikənd SES-ləri daxildir.

"İstehsal edilən elektrik enerjisinin bu həcmindən 141,8 milyon kilovat-saat Şəmkir, yerdə qalan 66,7 milyon kilovat-saat isə Yenikənd SES-in payına düşüb", - məlumatda deyilir.

Şəmkir SES-in müəyyən edilən gücü 380 meqavatt, Yenikənd SES-in isə 150 meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti