...

Azərbaycandakı yeni neft-kimya kompleksi MDB-də artan tələbatı ödəməlidir - "Axens"

Energetika Materials 10 Aprel 2012 17:10 (UTC +04:00)
Orta və uzunmüddətli perspektivdə MDB ölkələrində neft və neft-kimya məhsullarına tələbat artacaq.
Azərbaycandakı yeni neft-kimya kompleksi MDB-də artan tələbatı ödəməlidir - "Axens"

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbirlər A.Bədəlova, A.Axundov/

Orta və uzunmüddətli perspektivdə MDB ölkələrində neft və neft-kimya məhsullarına tələbat artacaq və Azərbaycanda tikilməsi planlaşdırılan neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleks artan tələbatı ödəmək üçün böyük gücə malik olmalıdır.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Axens" (neft-kimya məhsulları sektorunda dünya səviyyəli təchizatçı) şirkətinin kommersiya məsələləri üzrə direktoru Jan-Klod Plumel Bakıda keçirilən Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə həsr olunmuş forumda deyib.

"Şirkət Azərbaycana yüksəkkeyfiyyətli texnologiyalar sahəsində yüksəksəviyyəli vasitəçilik təklif edir ki, bu da etilen, polietilen kimi məhsulların istehsalını artırmağa imkan verir", - Plumel deyib.

Onun sözlərinə görə, "Axens" şirkəti lazımi təcrübə və texnologiyalara malikdir.

Şirkət innovasiya tədqiqatları sahəsində əməkdaşlıq, eləcə də enerji səmərəliliyinin artırılması üçün məsləhətçi xidmətləri təklif edir.

ARDNŞ-nin OPGC layihəsi üzrə baş məsləhətçisi, UOP şirkətinin ("Honeywell" beynəlxalq qrupunun törəmə şirkəti - avtomatlaşdırma sahəsində dünya lideri) Karlos Kabrerin sözlərinə görə, bu layihənin uğurlu olması və zəruri investisiyaların cəlb edilməsi üçün texnologiyaların daimi modernləşdirilməsi lazımdır.

Kabrer baş verən dəyişikliklərə cəld reaksiya verilməsi bacarığının da mühüm aspekt olduğunu hesab edir.

"Air Products" şirkəti bir sıra neft-kimya məhsullarının istehsalı sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

"Azərbaycanda belə kompleksin tikilməsi bu sahədə ən maraqlı layihələrdən biridir", - "Air Products" şirkətinin satış üzrə meneceri Filip Morris deyib.

Xəbər lenti

Xəbər lenti