...

Azərbaycanın neft-qaz resurslarından istifadənin genişləndirilməsi üçün yaxşı imkanı yaranıb

Energetika Materials 10 Aprel 2012 19:28 (UTC +04:00)
Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə kompleksin tikintisi ölkədə emal sahəsinin inkişafına, habelə ümumilikdə iqtisadiyyata əhəmiyyətli töhfə verəcək.
Azərbaycanın neft-qaz resurslarından istifadənin genişləndirilməsi üçün yaxşı imkanı yaranıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbirlər A.Bədəlova, E.İsmayılov/

Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə kompleksin tikintisi ölkədə emal sahəsinin inkişafına, habelə ümumilikdə iqtisadiyyata əhəmiyyətli töhfə verəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən Azərbaycanda Neft-Qaz emalı və Neft-Kimya məhsullarının istehsalı üzrə yeni Kompleksin (NQNK) yaradılmasına həsr edilmiş forumda ARDNŞ-nin NQNK layihəsi üzrə baş məsləhətçisi Filippo Sionsi bildirib.

"Bu irimiqyaslı layihənin həyata keçirilməsi, həmçinin, həm ölkə daxilində istehlak, həm də xarici bazarlar üçün məhsul çeşidini genişləndirəcək", - Sionsi deyib.

Onun sözlərinə görə, bu layihənin reallaşdırılması beynəlxalq arenada Azərbaycanın rolunu artıracaq.

Forumda çıxış edən "Jacobs Consultancy" şirkətinin baş direktoru Piter Boulter deyib ki, ARDNŞ-nin bu kompleksin tikintisində uğurlar qazanması üçün bütün imkanları var.

Onun sözlərinə görə, bu layihə şəxsi neft-qaz resurslarından istifadəsini genişləndirmək baxımından yaxşı imkandır.

Forumda, həmçinin "Air Liquide", "DuPont Sustainable Solutions", "Linde Engineering" və "Fluor" şirkətlərinin nümayəndələri məruzə ilə çıxış ediblər. Onlar emal sahəsində öz təcrübə və imkanları haqqında danışıblar.

Forumun ilk iş günü başa çatıb. Forumun son günü - aprelin 12-də ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti