...

ARDNŞ şəxsi aktivlərinin həcmini açıqlayıb

Energetika Materials 11 Aprel 2012 10:12 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) aktivləri 17 milyard manat təşkil edir.
ARDNŞ şəxsi aktivlərinin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbirlər A.Axundov, E.İsmayılov /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) aktivləri 17 milyard manat təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda keçirilən Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə həsr olunmuş forumda deyib.

Onun sözlərinə görə, ötən ilin yekunları üzrə şirkətin xalis mənfəəti 879 milyon manat təşkil edib.

2008-ci ildən beynəlxalq maliyyə hesabatlılığı standartlarına keçid şirkətə beynəlxalq reytinq təşkilatlarının (Fitch Ratings - ВВВ-/sabit, Moody`s - Ва1/sabit, S&P - ВВ+/sabit) reytinqlərini əldə etməyə imkan verib.

"Bu, həm xaricdə, həm də Azərbaycandakı layihələrin maliyyələşdirilməsi məqsədilə xarici banklardan vəsaitlərin cəlb edilməsi üçün şirkətin imkanlarını genişləndirib", - Qasımov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə addımlardan biri ilin əvvəlində avrobondların buraxılışı olub.

"Şirkətin buraxdığı 500 milyon dollarlıq qiymətli kağıza görə 299 səhmdar tərəfindən 4,6 milyard dollar təklif edilmişdi", - Qasımov deyib.

Şirkətin vitse-prezidentinin sözlərinə görə, bütün bunlar gələcəkdə Trans Anadolu qaz kəməri (TANAP), Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleks, eləcə də Türkiyədə STAR neft emalı zavodunun yaradılması və başqa iri və kapital tutumlu layihələr üçün zəruri vəsaitlərin problem olmadan cəlb edilməsi üçün şərait və imkanlar yaradacaq.

Xəbər lenti

Xəbər lenti