Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/
Aprelin 18-də Sulutupədə baş vermiş hadisə zamanı və sənaye məqsədləri və neft-qaz əməliyyatlarının həyata keçiriilməsi üzrə fəaliyyət üçün şirkətə ayrılmış ərazidə qanunsuz tikintinin qarşısını almaqla əlaqədar vəzifə səlahiyyətini aşan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləri cəzalandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Əvvəllər ARDNŞ "Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasovun xəsarət alması faktını araşdırıb.
Abdullayevin sözlərinə görə, ARDNŞ bu faktla bağlı araşdırma aparıb, nəticədə Dövlət Neft Şirkətinin bəzi işçilərinin vəzifə səlahiyyətini müəyyən dərəcədə aşması faktı aşkarlanıb.
Abdullayev onu da qeyd edib ki, insident zamanı jurnalistin döyülməsi faktı olmayıb. Xəsarət alan Abbasov və onun insidentdə iştirak edən qohumları da Sulutəpədəki qanunsuz tikililərin sahibləridir.
Bununla yanaşı, Abdullayevin sözlərinə görə, İdrak Abbasovun üzərində KİV-ə mənsubiyyətini təsdiq edən sənəd olmayıb.