...

Azərbaycan və Türkiyə TANAP qaz kəməri üzrə saziş imzalayıb (ƏLAVƏ OLUNUB-2)

Energetika Materials 27 İyun 2012 00:41 (UTC +04:00)
Azərbaycan və Türkiyə çərşənbə axşamı Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında hökumətlərarası saziş imzalayıb. Bu barədə Trend TRT Haber-ə istinadən məlumat verir.
Azərbaycan və Türkiyə TANAP qaz kəməri üzrə saziş imzalayıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə edilib (ilk xəbər 20:57-də yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.

Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. Həmçinin Müqaviləni Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar.

BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzaladılar.

Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi"ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in prezidenti Rövnəq Abdullayev imzaladılar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər, jurnalistlərin suallarını cavablandırdılar.

Xəbər lenti

Xəbər lenti