...

Azərbaycan Energetika Nazirliyi Avropaya qaz nəqli marşrutunun seçimi ilə bağlı bəyanatı şərh edib

Energetika Materials 26 İyul 2012 20:09 (UTC +04:00)
Azərbaycan Sənaye və Energetika Nazirliyi nazir Natiq Əliyevin Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçimi ilə bağlı iyulun 24-də KİV-də yayılan bəyanatına aydınlıq gətirib.
Azərbaycan Energetika Nazirliyi Avropaya qaz nəqli marşrutunun seçimi ilə bağlı bəyanatı şərh edib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycan Sənaye və Energetika Nazirliyi nazir Natiq Əliyevin Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçimi ilə bağlı iyulun 24-də KİV-də yayılan bəyanatına aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin üzvü olan nazir qaz kəmərlərinin seçimi prosesinin bilavasitə iştirakçısıdır və "Şahdəniz" yatağının məhsullarının bölüşdürülməsi haqqında saziş çərçivəsində "Şahdəniz" konsorsiumunun qəbul edəcəyi qaz nəqlinin marşrutları üzrə istənilən qərara hörmət edir və dəstəkləyir.

Hazırda konsorsium qaz ixracının iki mümkün marşrutunu nəzərdən keçirir. Bunlar Transadriatik və "Nabucco West" qaz kəmərləridir. Konsorsiumun meyarları əsasında təyin edilən qaz kəmərinin seçilməsi haqqında yekun qərar 2013-cü ildə qəbul ediləcək və ictimaiyyətə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti