...

İran neft hasilatını artırmağı planlaşdırmır - nazir

Energetika Materials 22 Sentyabr 2012 13:52 (UTC +04:00)
İran bu il neft hasilatını artırmaq fikrində deyil. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi bildirib.
İran neft hasilatını artırmağı planlaşdırmır - nazir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbirlər F.Milad, E.Tarıverdiyeva/

İran bu il neft hasilatını artırmaq fikrində deyil. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi bildirib.

Onun sözlərinə görə, İranın neft və qaz ehtiyatları barədə yeni xəbər yaxın vaxtlarda açıqlanacaq.

Avqustda İranda neft hasilatı iyul ayı ilə müqayisədə sutkada 13100 barel azalıb. Bu barədə OPEK-in aylıq hesabatında deyilir.

Qasıminin sözlərinə görə, 2016-cı ilə ölkədə neft hasilatı proqnozlara görə sutkada 1,5 milyon barel artacaq.

"Birgə neft və qaz yataqları ilə bağlı bütün inkişaf planları yaxın vaxtlarda başa çatacaq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti