Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/
2012-2015-ci illər üzrə nəzərdə tutulan layihələrin reallaşdırılması nəticəsində Azərbaycanda təqribən 2 min meqavat həcmində əlavə enerji gücü yaradılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin şənbə günü "Azərbaycan" qəzetində dərc edilən məqaləsində deyilir.
Ölkənin enerji sisteminin gücünün artırılması 780 meqavatlıq "Cənub" stansiyasının və 25 meqavatlıq "Füzuli" SES-in tikilməsi sayəsində mümkün olacaq.
Göstərilən müddətdə "Şimal" elektrik stansiyasının 409 meqavatlıq ikinci blokunun, 385 meqavatlıq "Böyükşor" İES-in, 16,5 meqavatlıq "Lerik" stansiyasının tikintisi işlərinin başa çatdırılması, eləcə də Mingəçevir və Vərvərə SES-lərin yenidən qurulması planlaşdırılır.