...

Gürcüstan xarici investorlarla müqavilələrə yenidən baxılmasını istisna etmir

Energetika Materials 29 Oktyabr 2012 14:05 (UTC +04:00)
Gürcüstanın iqtisadiyyat naziri Rusiyanın "İnter RAO" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müqavilələrə yenidən baxılmasını istisna etmir.
Gürcüstan xarici investorlarla müqavilələrə yenidən baxılmasını istisna etmir

Gürcüstan, Tbilisi, 29 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın iqtisadiyyat naziri Rusiyanın "İnter RAO" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müqavilələrə yenidən baxılmasını istisna etmir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazir Georgi Kvirikaşvili "Mera TV"nin efirində deyib.

Onun sözlərinə görə, investorlarla bağlanan müqavilələr şəffaf olmalıdır.

Nazir qeyd edib ki, hazırda investorlarla mövcud olan sazişlər mütləq yenidən nəzərdən keçiriləcək.

Kvirikaşvili investorun ölkəyə investisiya qoyduqdan 5 il sonra mənfəət əldə etmək istəyini düzgün hesab etmir.

"İnvestorlar tənzimləyici komissiyalar vasitəsi ilə istehlakçıların hüquqlarını pozmamalıdırlar", - iqtisadiyyat naziri vurğulayıb.

Bununlya yanaşı, Kvirikaşvili hesab edir ki, investorlarla müqavilələrə yenidən baxılması investisiya mühitinə təsir etməməlidir.

"Biz hər hansı investoru kənarlaşdırmağa çalışmırıq. Biz ədalətli tələblər qoymaq istəyirik. Gürcüstan vətəndaşının inkişaf etmiş ölkənin vətəndaşı ilə eyni tarif ödəməsi qəti şəkildə ədalətsizdir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti