...

ARDNŞ Türkiyədə qazpaylayıcı şəbəkə yaradıb

Energetika Materials 5 Noyabr 2012 10:18 (UTC +04:00)
"SOCAR Turkey Energy" Türkiyənin "Çığ Enerji" qaz şirkəti ilə birlikdə ölkənin daxili bazarında qazın paylanması üzrə "SOCAR Gaz Ticareti AŞ" şirkətini yaradıb.
ARDNŞ Türkiyədə qazpaylayıcı şəbəkə yaradıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Tağıyeva /

"SOCAR Turkey Energy" Türkiyənin "Çığ Enerji" qaz şirkəti ilə birlikdə ölkənin daxili bazarında qazın paylanması üzrə "SOCAR Gaz Ticareti AŞ" şirkətini yaradıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Haberturk" xəbər verir.

Məlumata görə, şirkət Azərbaycandan Türkiyəyə ixrac edilən 700-800 milyon kubmetr qazı paylaşdıracaq.

Qəzet xəbər verir ki, Azərbaycandan idxal olunan qazın Rusiya və İrandan alınan qazdan ucuz başa gəldiyi nəzərə alınarsa, onun Türkiyə bazarında satışı sərfəli olacağını gözləmək olar.

Qəzetin məlumatına görə, Azərbaycandan alınan qazın hər min kubmetri Türkiyəyə 282 dollara başa gəldiyi halda İrandan və Rusiyadan alınan qazın hər min kubmetri müvafiq olaraq 423 və 418 dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti