...

Füzuli rayonunun daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 30 Noyabr 2012 15:04 (UTC +04:00)
Bu gün Füzuli rayonunun Birinci Mahmudlu kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə mərasim keçirilib.
Füzuli rayonunun daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Bu gün Füzuli rayonunun Birinci Mahmudlu kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə mərasim keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İB və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 160 abonenti olan Birinci Mahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 15168 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 160 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti