...

İran yayadək 60-a yaxın sənaye layihəsi reallaşdıracaq

Energetika Materials 2 Yanvar 2013 12:53 (UTC +04:00)
İran hökuməti iyunda keçiriləcək prezident seçkilərinədək 57 sənaye layihəsini həyata keçirəcək.
İran yayadək 60-a yaxın sənaye layihəsi reallaşdıracaq

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbirlər A.Bədəlova, F.Milad/

İran hökuməti iyunda keçiriləcək prezident seçkilərinədək 57 sənaye layihəsini həyata keçirəcək. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin neft naziri Rüstəm Qasımi bildirib.

"Ümumi dəyəri 570 trilyon rial (46,5 milyon dollar) olan layihə həyata keçirləcək", - Qasımi Kirmanşahda polimer zavodunun açılış mərasimində deyib.

Nazirin sözlərinə görə, bu gün 70 neft-kimya obyektinin inkişafı üzrə planların öyrənilməsi davam etdirilir.

Qeyd edək ki, dünən Kirmanşahda polimer zavodunun açılış mərasimində Prezident Mahmud Əhmədinejad da iştirak edib. İranın Milli Neft-Kimya Şirkətinin icraçı direktoru Əbdülhüseyn Bayatın sözlərinə görə, yeni zavodun açılışı ilə ölkədə polimer istehsalı 6,3 milyon tona qədər artacaq.

Bayat qeyd edib ki, bu gün ölkədə neft-kimya məhsullarının ümumi istehsal səviyyəsi ildə 57 milyon ton təşkil edir. Zavodun tikintisinə ümumilikdə 4,24 milyard dollar sərmayə qoyulub. Bu məbləğin 73 faizi özəl sektor tərəfindən təmin edilib, qalan hissəni isə hökumət maliyyələşdirib.

Zavodun tikintisi nəticəsində 1500 nəfər iş yeri ilə təmin olunub. Müəssisədə ildə 429 milyon dollarlıq neft-kimya məhsullarının istehsal ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti