ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir

Energetika Xəbər 11 Yanvar 2013 10:49 (UTC +04:00)

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi kimyəvi məhsulların satışını elan edir. Trend-in məlumatına görə, bu barədə İB-nin məlumatında deyilir.

Məhsulların siyahısı cədvəldə göstərilib.

№

Məhsulun, yarımfabrikat və xammalın adı

Tətbiq sahəsi

1

Dixloretan

Həlledici kimi, PVX istehsalında

2

Mütləqləşdirilmiş izopropil

spirti

Propilenin sulfat turşusu ilə hidratlaşmasından alınan məhsuldur. Xarakterik iyə malik rəngsiz, şəffaf, tez alışan mayedir. Üzvi sintezdə və sənayenin müxtəlif sahələrində həlledici kimi istifadə olunur.

3

Natrium bixromat

Texniki vasitələr şəklində dəri, toxuculuq, kimya istehsalatında, sənaye məqsədləri üçün qeyri-üzvi piqmentlərin hazırlanmasında katalizatorun və ya digər kimyəvi maddələrin komponenti kimi tətbiq olunur.

4

Alkil sulfanol

Emulqator, yuyucu vasitələr istehsalı üçün səthi-aktiv maddə

5

Kalium qələvisi

Tibb sənayesində, gübrə istehsalında, sintetik kauçuk istehsalında, akkumlyatorlar üçün elektrolitin, duzların, reaktivlərin alınmasında və xalq təsərrüfatının digər sahələrində istifadə olunur.

6

Urotropin 1381-73

Sintetik kauçuk, plastmas, lak örtüklərinin istehsalında istifadə olunur. Tibb sahəsində urotropin antiseptik kimi istifadə olunur. Bu maddə analitik kimyada ionların mikrokristalloskopik müəyyən edilməsi məqsədilə və bufer məhlullarının hazırlamasında istifadə edilir. Həmçinin pirotexnikada və qida sənayesində geniş istifadə olunur.

Əlaqə telefonu:

(012) 521-25-21, (050) 379-48-36

E-mail: [email protected]

Məqalədə:

Xəbər lenti

Xəbər lenti