...

Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir

Energetika Materials 1 Fevral 2013 17:02 (UTC +04:00)
Hazırda Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir.
Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Hazırda Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq təşkil edir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Gənclər Günü ilə əlaqədar tələbələrlə görüşündə bildirib.

Onun sözlərinə görə, ölkədə proqnozlaşdırılan ehtiyatlar 10 milyard ton təşkil edir.

Abdullayevin sözlərinə görə, hazırda Azərbaycan dörd ölkəyə qaz idxal edir. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərindən ölkəyə böyük ümidlər bəslənilir və bunun üçün Azərbaycanın bütün imkanları var. Bunu söyləməyə ölkədə kəşf edilən yataqlar və mövcud perspektiv strukturlar imkan verir.

Abdullayevin sözlərinə görə, "Şahdəniz" qaz yatağının ikinci mərhələsinin inkişafı layihəsi mühüm əhəmiyyətə malikdir. İkinci mərhələnin texniki işləri artıq başa çatıb və yaxın vaxtlarda praktiki işlərə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti