...

Etilen-polietilen zavodunun bir qrup mütəxəssisi təcrübə mübadiləsi üçün Fransaya yola düşüb

Energetika Materials 6 Fevral 2013 12:27 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 7 nəfərdən ibarət mütə­xəssislər qrupu EP-300 istehsalatında tikintisi başa çatmaqda olan, Fransa mütəxəssisləri tərəfindən layihələndirilərək quraşdırılmış yeni suso­yutma qurğusunun texnoloji xüsu­siyyətləri, işləmə prinsipi ilə bilavasitə istehsalat şəraitin­də tanış olmaq və ilk gündən başlayaraq onun səmərəliliyinə nail olunması məqsədilə bu gün səhər təcrübə mübadiləsi üçün Fransaya yola düşüb.
Etilen-polietilen zavodunun bir qrup mütəxəssisi təcrübə mübadiləsi üçün Fransaya yola düşüb

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun 7 nəfərdən ibarət mütə­xəssislər qrupu EP-300 istehsalatında tikintisi başa çatmaqda olan, Fransa mütəxəssisləri tərəfindən layihələndirilərək quraşdırılmış yeni suso­yutma qurğusunun texnoloji xüsu­siyyətləri, işləmə prinsipi ilə bilavasitə istehsalat şəraitin­də tanış olmaq və ilk gündən başlayaraq onun səmərəliliyinə nail olunması məqsədilə bu gün səhər təcrübə mübadiləsi üçün Fransaya yola düşüb.

Birliyin istehsalat sahələrində yeniləşmə prosesi, müasir texnologiya və avadanlıqların tətbiqi proqramına uyğun olaraq müasir tipli, ekoloji təmiz və yüksək məhsuldarlıqlı yeni susoyutma qurğusunda bugünlər elektrik və nəzarət-ölçü cihazlarının son quraşdırma-sazlama işlər aparılır. Yeni susoyutma qurğusu hazırda istismarda olan qurğudan yalnız ekoloji təmiz və kompakt olması, yüksək məhsuldarlığı ilə deyil, həm də xidmətin daha asan olması və təhlükəsizliyi, susoyutma prosesinin maksimum avtomatlaşdı­rılması, bunun nəticəsi olaraq isə xidmət personalının az olması ilə fərqlənir.

Yeni qurğunun bütün texniki sistemləri üzrə mükəmməl idarə olunması məqsədilə təcrübə mübadiləsi qrupuna energetika, nəzarət-ölçü cihazları üzrə mühəndislər, təmirçi-çilingər, nasos-qurğu maşinisti və s. mütəxəssislər daxil edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti