...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,5 milyonu keçib

Energetika Materials 11 Fevral 2013 16:06 (UTC +04:00)
1 fevral 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 500 143-ə çatıb ki, bunların da 1 481 847-si əhali, 18 296-sı qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,5 milyonu keçib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

1 fevral 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 500 143-ə çatıb ki, bunların da 1 481 847-si əhali, 18 296-sı qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 665 662-si Bakı şəhəri (656 077 əhali, 9585 qeyri-əhali abonenti), 834 481-i isə regionların payına düşür (825 770 əhali, 8711 qeyri-əhali abonenti).

Ümumilikdə 1 499 953 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunların da 1481657-si əhali (99,99 faiz), 18296-sı qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 656 013 əhali abonenti (99,99 faiz), 9585 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 825 644 əhali abonenti (99,98 faiz) və 8711 qeyri-əhali abonenti (100 faiz). Ümumilikdə Bakı şəhəri üzrə 665 598 abonent (100 faiz), regionlar üzrə isə 834 355 abonent (100 faiz) sayğaclaşdırılıb.

1 fevral 2013-cü il tarixə əhali abonentlərinin mənzillərində təxminən 626 min "smart-kart" tipli sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti