...

Sumqayıt Təlim-Tədris Mərkəzinin tələbə-tornaçılarının ilk təcrübə işləri texniki nəzarətdən uğurla keçib (FOTO)

Energetika Materials 12 Fevral 2013 12:34 (UTC +04:00)
Bu günlərdə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin «Azərikimya» İB-də təcrübə keçən tələbə-tornaçılarının Birliyin Təmir-tikinti İdarəsinin sifarişi əsasında sərbəst olaraq işləyib-hazırladıqları ilk detallar - silindrik val və pilləli konstruksiyaya malik polad oymaq keyfiyyətli məhsul kimi qiymətləndirilərək, istehsalatın müvafiq avadanlıqlarının qovşaqlarında istifadə üçün qəbul edilmişdir.
Sumqayıt Təlim-Tədris Mərkəzinin tələbə-tornaçılarının ilk təcrübə işləri texniki nəzarətdən uğurla keçib (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Bu günlərdə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin "Azərikimya" İB-də təcrübə keçən tələbə-tornaçılarının Birliyin Təmir-tikinti İdarəsinin sifarişi əsasında sərbəst olaraq işləyib-hazırladıqları ilk detallar - silindrik val və pilləli konstruksiyaya malik polad oymaq keyfiyyətli məhsul kimi qiymətləndirilərək, istehsalatın müvafiq avadanlıqlarının qovşaqlarında istifadə üçün qəbul edilmişdir.

Bütünlükdə təqdirəlayiqdir ki, ARDNŞ-in təşəbbüsü ilə Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyəsində yaradılmış, zəngin təlim-tədris bazasına malik Təlim-Tədris Mərkəzinin (TTM) ilk tornaçı kurslarını başa vurmaqda olan gənclərin "Azərikimya" İB-nin müəssisələrində bir ay əvvəl başlanılmış istehsalat təcrübələri uğurla davam etməkdədir. Gənclər Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşəkar tornaçıların və TTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin müvafiq göstərişləri və nəzarəti ilə müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələnirlər. Onların ilk növbədə təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl edərək, dəzgahlarda sərbəst işləməyə göstərdikləri xüsusi maraq, müvafiq konstruksiyaya malik detalların emalı zamanı müasir kəski və ölçü vasitələri ilə dəqiqliklə işləmək bacarığı sayəsində tələb olunan texniki parametrlərə, müvafiq standartlara ciddi əməl etmələri bu gənclərin yaxın gələcəkdə peşələrinin mahir ustaları olacaqlarına əminlik yaradır.

Martın ortalarında - 6 aylıq təlim-tədris müddəti başa çatdıqdan sonra Sumqayıt Təlim-Tədris Mərkəzinin ilk tornaçılar qrupu ixtisaslı, savadlı və peşəkar gənc kadrlar kimi "Azərikimya" İstehsalat Birliyinin müəssisələrinə işə qəbul olunaraq, əmək fəaliyyətinə başlayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti