...

MHŞT-nin tətbiqi üzrə 17, 18, 19-cu hesabatlara "Moore Stephens" şirkəti rəy verəcək

Energetika Materials 13 Fevral 2013 17:13 (UTC +04:00)
2013-cü il fevralın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.
MHŞT-nin tətbiqi üzrə 17, 18, 19-cu hesabatlara "Moore Stephens" şirkəti rəy verəcək

Azərbaycan, Bakı, 13 fevral /Trend/

2013-cü il fevralın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və Azərbaycan hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 17, 18 və 19-cu hesabatı (2012, 2013, 2014-cü illər üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilib.

Çoxtərəfli Qrup 17, 18, 19-cu hesabatların auditinin "Moore Stephens" şirkəti tərəfindən keçirilməsinə qərar verib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti