...

Azərbaycan neftinin qiymətləri: 11-15 fevral həftəsinin yekunları

Energetika Materials 18 Fevral 2013 13:25 (UTC +04:00)
11-15 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 120,67 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,87 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 11-15 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.İsmayılov/

11-15 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 120,67 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,87 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 11-15 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 121,09, minimum isə 120,13 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

11-15 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 115,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,8 dollar/barel çoxdur.

11-15 fevral həftəsində URALS-ın qiyməti maksimum 116,13, minimum isə 115,01 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

11-15 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 118,15 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 0,83 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 118,49, minimum isə 117,47 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti