...

"Azərikimya" yeni texniki qurğunun inşasına başlayıb

Energetika Materials 19 Fevral 2013 18:25 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində davam etməkdə olan yenidənqurma layihələri çərçivəsində Etilen-polietilen zavodunun ərazisində yeni azot-oksigen qurğusunun inşasına başlanılıb.
"Azərikimya" yeni texniki qurğunun inşasına başlayıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində davam etməkdə olan yenidənqurma layihələri çərçivəsində Etilen-polietilen zavodunun ərazisində yeni azot-oksigen qurğusunun inşasına başlanılıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yeni qurğu əvvəlkindən kompakt olması və enerji sərfi baxımından əlverişliliyi, texnoloji sxeminin müasir tələb və standartlar səviyyəsində qurulması, idarəetmənin avtomatlaşdırılaraq kompüter sistemi üzrə aparılması ilə seçilir.

Qurğu həm də ekoloji təmizliyi və xidmət personalının az olması ilə də münasibdir. Bütün tikinti-quraşdırma işləri "Azərikimya"nın daxili imkanları hesabına, son üç il ərzində bu sahədə kifayət qədər geniş təcrübə qazanmış Təmir-tikinti İdarəsinin kollektivi tərəfindən yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti