Azərbaycan, Bakı, 19 mart /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi müəssisələrdə vakant yerlərə qəbul üzrə müsabiqə elan edir.
İB-dən Trend-ə verilən məlumata görə, müsabiqə yolu ilə işə qəbul aşağıdakı vakansiyalar üzrə elan edilir:
Etilen-polietilen zavoduna:
1. Mexanika-turbin kompressorlarının və buxar turbinlərinin təmiri üzrə mühəndis;
2. Mühəndis-proqramlaşdırıcı;
3. Nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis;
4. Rele mühafizəsi və avtomatika üzrə mühəndis.
Təmir-tikinti İdarəsinə:
- İnşaat üzrə mühəndis
Qeyd edək ki, bütün vakansiyalar üzrə müvafiq ali təhsil və Sumqayıt qeydiyyatı mütləq şərtdir.
Müsabiqə iki mərhələdən ibarət olacaq: test və müsahibə. Hər iki mərhələ Sumqayıtda, "Azərikimya" İstehsalat Birliyində keçiriləcək.
İşə qəbul üçün müraciətlərin son tarixi 30 mart 2013-cü ildir.
Əlavə məlumatı www.socar.az saytının "Karyera" (işə qəbul - vakansiya) bölməsindən almaq olar.