...

"Azərikimya"nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb (FOTO)

Energetika Materials 5 Aprel 2013 19:01 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsal edilən kimyəvi məhsulların, o cümlədən xam­mal kimi istifadə olunan ilkin emal benzininin, quru qazın və s. möv­cud texniki standartlar səviyyəsində alınmasında ilkin kimyəvi analizlərin dəqiqliyinin əhəmiyyəti nəzərə alınaraq, bu günlərdə Mərkəzi laboratoriyada Rusiya istehsalı olan, inno­vativ texnologiyalara əsas­lanaraq yaradılmış kompüter sistemli analiz aparatları (xromo­toqraflar) quraşdırılıb və məhsulların fiziki-kimyəvi analizlərinin daha müasir sistemlər əsasında aparılmasına başlanılıb.
"Azərikimya"nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

"Azərikimya"nın Mərkəzi laboratoriyasında kompüter sistemli müasir xromotoqraflar quraşdırılıb.

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsal edilən kimyəvi məhsulların, o cümlədən xam­mal kimi istifadə olunan ilkin emal benzininin, quru qazın və s. möv­cud texniki standartlar səviyyəsində alınmasında ilkin kimyəvi analizlərin dəqiqliyinin əhəmiyyəti nəzərə alınaraq, bu günlərdə Mərkəzi laboratoriyada Rusiya istehsalı olan, inno­vativ texnologiyalara əsas­lanaraq yaradılmış kompüter sistemli analiz aparatları (xromo­toqraflar) quraşdırılıb və məhsulların fiziki-kimyəvi analizlərinin daha müasir sistemlər əsasında aparılmasına başlanılıb.

İB-dən Trend-ə verilən məlumata görə, 20 ildən artıq idi istismarda olaraq, mənəvi və fiziki cə­hətdən köhnələrək günün tələblərinə cavab verməyən analiz avadanlıqları və cihazlarının əvəzində indi 5 yeni kom­püter-xromotoqraf kompleksi quraşdırılıb ki, onların vasitəsilə innovativ texnologiyalar əsasında etilenin, propilenin, butilen-butadien fraksiyasının, maye piroliz qatranının, mütləq izopropil spirtinin və digər kimyəvi məhsul­ların tam və dəqiq fiziki-kimyəvi analizləri apa­rılır.

Yeni texnologiyalı kompüter-xromotoqraflar əvvəllər texniki təchizatı zəif olan Mərkəzi laboratoriyada aparılması mümkün olmayan, digər müəs­sisələrdə yerinə yetirilən kimyəvi analizlərin də indi bilava­sitə burada həyata keçirilməsinə imkan yaradıb.

Əvvəlki ənənəvi analiz metodlarından fərqli olan mütərəqqi texnologiyalar əsa­sında aparılan, xüsusi bilik və hazırlıq tələb edən metodlar üzrə işləməyi bacaran mühən­dis-texniki işçilərin hazırlanması məqsədilə xromotoqrafların istehsal edildiyi "Xromotek" Qapalı Səhmdar Cəmiyyətinin Yoşkar-Ola şəhərindəki Xüsusi konstruktor bürosundan mütəxəssis dəvət edilib və yeni xromotoqraflarda işləyəcək mühəndis və laborantlarla treninqlər keçirilib. İstehsalçı müəssisənin nümayəndəsinin bildirdiyinə görə, "Azəri­kim­ya"da Mərkəzi laboratoriyanın müasir texnologiyalar əsasında yenidən qurulmasına xüsusi diqqət yeti­ril­diyindən ilk elektron tipli xromotoqrafların quraşdırılması və sazlan­ma işləri müəs­sisənin mütəxəssisləri ilə birgə, həm də qısa bir zamanda uğurla başa çatdırıl­ıb.

Hazırda zavodun mütəxəssisləri və laborantları lazımi analiz əməliy­yatlarını sərbəst şəkildə və tam dəqiqliklə yerinə yetirirlər.

İstehsalatda və bütün köməkçi sahələrdə elmin son nailiyyətləri olan mütərəqqi texno­logiyalar əsasında yeniləşmə və müasirləşmə prosesinin davamı olaraq Mərkəzi labora­toriya üçün daha bir neçə komplekt yeni xromotoqrafın alınaraq istifadəyə verilməsi nəzər­də tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti