...

MHŞT-nin Azərbaycanda tətbiqi üzrə illik hesabat layihəsi təsdiq edilib

Energetika Materials 15 Aprel 2013 17:35 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.
MHŞT-nin Azərbaycanda tətbiqi üzrə illik hesabat layihəsi təsdiq edilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illik yubileyi münasibətilə MHŞT üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi, Sidneydə keçiriləcək VI Qlobal Konfrans çərçivəsində baş tutacaq Milli Sərgiyə hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

İclas zamanı, həmçinin MHŞT-nin Azərbaycanda tətbiqi üzrə illik hesabat layihəsi müzakirə edilib və təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti