...

Sidneydə MHŞT üzrə milli sərgi keçirilir

Energetika Materials 24 May 2013 14:04 (UTC +04:00)
2013-cü il 23-24 may tarixlərində Avstraliyanın Sidney şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal Konfrans keçirilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Neft Fondunun (ARDNF) məlumatında deyilir.
Sidneydə MHŞT üzrə milli sərgi keçirilir

Azərbaycan, Bakı, 24 may / Trend /

2013-cü il 23-24 may tarixlərində Avstraliyanın Sidney şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal Konfrans keçirilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Neft Fondunun (ARDNF) məlumatında deyilir.

Məlumatda deyilir ki, VI Qlobal Konfrans çərçivəsində MHŞT üzrə milli sərgi keçirilir və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak edir. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti