...

Bərdə rayonunun kəndinə təbii qaz verilib

Energetika Materials 4 İyun 2013 17:33 (UTC +04:00)
275 abonenti olan Əliyanlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 21 054 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 26 ədəd siyirtmə, 275 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bərdə rayonunun kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bərdə rayonunun Əliyanlı kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinasən məlumat verir ki, iyunun 4-də bu münasibətilə keçirilən tədbirdə bildirilib ki, 275 abonenti olan Əliyanlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 21 054 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 26 ədəd siyirtmə, 275 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti