...

Azərbaycan 2012-ci ilin nəticələri üzrə hasilat sənayesində şəffaflıq təşəbbüsünə dair hesabatı açıqlayıb

Energetika Materials 11 İyun 2013 15:31 (UTC +04:00)
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrup (ÇQ) Azərbaycanın MHŞT üzrə XVII hesabatını açıqlayıb.
Azərbaycan 2012-ci ilin nəticələri üzrə hasilat sənayesində şəffaflıq təşəbbüsünə dair hesabatı açıqlayıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrup (ÇQ) Azərbaycanın MHŞT üzrə XVII hesabatını açıqlayıb. Trend-in çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəsmi saytına istinadən verdiyi məlumata görə, hesabat "Mur Stefens" beynəlxalq audit şirkəti tərəfindən yoxlamadan keçib.

Hesabat dünən ARDNF-də keçirilmiş MHŞT üzrə ÇQ-nin iclasında təsdiq edilib.

Hesabat 2012-ci ilin nəticələri üzrə ölkənin mədən hasilatı sənayesində daxilolmaları əhatə edib.

Sənədə əsasən, hökumət ötən il ərzində neft-qaz sahəsindəki xarici şirkətlərdən 160,8 milyon barel neft, 6489,3 min kubmetr təbii qaz və 3 513 137,7 min kubmetr səmt qazı əldə edib. Hökumət, həmçinin 6,6 min unsiya qızıl və 6,4 min unsiya gümüş əldə alıb.

Neftin qiyməti 73,03 milyon dollar, qaz isə 365,5 milyon dollar göstərilib.

Xarici şirkətlərdən mənfəət vergisi qismində 1 437,9 milyon manat, 2 milyon dollarlıq bonuslar əldə edilib, akr üzrə ödənişlər 3,8 milyon dollar təşkil edib. Tranzit ödənişləri 10 milyon dollar olub.

Hesabatda deyilir ki, yerli şirkətlərdən yeraltı sərvətlər üzrə vergi daxilolmaları 122,8 milyon manat, mənfəət vergisi 90,3 milyon manat, qiymət fərqi 345,8 milyon manat, digər vergilərdən daxilolmalar isə 112,5 milyon manat səviyyəsində olub.

Ötən il Azərbaycan hökumətinə ümumilikdə neft-qaz layihələrinin həyata keçirilməsindən və qızıl və gümüş hasilatından 454,4 milyon dollar və 2 109,2 milyon manat verilib.

2011-ci ildə bu göstərici, müvafiq olaraq, 2 195,2 milyon dollar və 668,5 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti