...

"Azərikimya"da yeni işə salınmış azot-oksigen kompleksi uğurla fəaliyyət göstərir (FOTO)

Energetika Materials 5 İyul 2013 14:24 (UTC +04:00)
Bu il mayın sonlarında ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin iştirakı ilə «Azərikimya» İB-nin Etilen-polietilen zavodunda işə salınmış yeni azot-oksigen kompleksi ilk istehsalat ayını uğurla başa vurub.
"Azərikimya"da yeni işə salınmış azot-oksigen kompleksi uğurla fəaliyyət göstərir (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu il mayın sonlarında ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin iştirakı ilə "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda işə salınmış yeni azot-oksigen kompleksi ilk istehsalat ayını uğurla başa vurub. Yeni qurgu Etilen-polietilen zavodunun azot və oksigenə, Təmir-tikinti İdarəsinin isə oksigenə olan tələbatını tam həcmdə və yüksək keyfiyyətlə ödəməyə imkan verib. Bu barədə cümə günü Trend-ə İB-dən məlumat verilib.

Ötən qısa müddət ərzində layihə gücündə və ahəngdar işləyən yeni kompleksdə azot və oksigen istehsalı üçün elektrik enerjisi sərfi nəzərdə tutulduğu kimi, əvvəlki qurğuda olduğundan 5 dəfə az olub. Bu, ilk növbədə 1987-ci ildən - 25 ildən artıq istifadədə olmuş köhnə qurğunun yüksək enerji tutumuna malik elektrik mühərriklərinin, nasos və kompressorların əvəzində yeni azot-oksigen komplek¬sində həmin elektrik avadanlıqlarının daha çox qənaət rejimində işləyən, minimum enerji tutumuna malik müasir analoqlarının və innovativ texnologiyaların tətbiqi sayəsində mümkün olub.

Diqqətəlayiqdir ki, yeni kompleksin bütün sistemləri - havatəmizləmə bölməsi, havaayırma bloku, yüksək təzyiqli azot-kompressor, həmçinin istehsal olunmuş azot və oksigenin toplandığı bölmələr avtomatik olaraq, kompüter vasitəsilə idarə olunur. Bu isə yeni kompleksin bütün sutka ərzində cəmi 25 nəfərdən ibarət xidmət personalı ilə idarə olunmasına imkan verir ki, bu da əvvəlki qurğuda olduğundan 2,5 dəfə azdır.

Bütünlükdə isə ekoloji təmizliyi ilə də seçilən yeni kompleksin işə salınması sayəsində müəssisə üzrə xeyli miqdarda vəsaitə qənaət edilməsinə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti