...

Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Energetika Materials 5 İyul 2013 20:37 (UTC +04:00)
2013-cü ilin iyun ayı ərzində 2 milyon 572 min 744 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

2013-cü ilin iyun ayı ərzində 2 milyon 572 min 744 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 milyon 830 min 553 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 15 milyon 4 min 318 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan istismara verilən gündən 2013-ci il iyul ayının 1-dək Ceyhan limanından 218 milyon 670 min 972 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti