...

Lənkəranın daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 11 İyul 2013 14:49 (UTC +04:00)
Bu gün Lənkəran rayonunun Göyşaban kəndinə ilk dəfə olaraq təbii qazın verilib.
Lənkəranın daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Bu gün Lənkəran rayonunun Göyşaban kəndinə ilk dəfə olaraq təbii qazın verilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, bumünasibətlə keçirilən tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Xalik Məmmədov, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev, Birliyin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, 738 abonenti olan Göyşaban kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 23 371,3 metr olan müxtəlif diametrli metal, eləcə də 14 046,8 metrlik polietilen boru xətləri çəkilib, 82 ədəd siyirtmə, 738 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

ARDNŞ-nin prezidenti Rövbəq Abdullayev istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə görülən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti