...

"Azəriqaz" İB bu il qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 2140 texniki şərt verib

Energetika Materials 15 İyul 2013 18:56 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2013-cü ilin ilk 6 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 2140 texniki şərt verilib.
"Azəriqaz" İB bu il qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 2140 texniki şərt verib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2013-cü ilin ilk 6 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 2140 texniki şərt verilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektləri və qurğularının, yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərləri və digər təyinatlı bina və tikililərin layihələndirilməsi üçün 466 texniki şərt, texniki tapşırıq və layihə tapşırığı hazırlanıb. Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 1578 qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb. Bundan əlavə, Birliyin öz sifarişi əsasında 1047 layihə-smeta sənədi razılaşdırılıb.

Layihə-smeta sənədlərinin hazırlanması üzrə göstəricilər də qənaətbəxş olub. Cari ilin yanvar-iyun aylarında "Azəriqaz" İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 2140 layihə-smeta sənədi hazırlanaraq Birliyə və digər sifarişçilərə təhvil verilib ki, bunun da 94-ü fərdi yaşayış evlərinə aiddir. Burada nisbət aşağıdakı kimidir: respublikanın rayonları üzrə 26, Bakı şəhəri üzrə 60, Abşeron rayonu üzrə 5, Sumqayıt şəhəri üzrə 3 layihə-smeta sənədi.

Kənd və qəsəbələrin qazlaşdırılması üzrə 426, obyektlərin təmiri üzrə 616, sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə isə 1495 layihə-smeta sənədi hazırlanıb. İnzibati binaların, anbar binalarının və s. tikinti işləri üzrə 30 layihə-smeta sənədi hazırlanaraq təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti