Azərbaycan, Bakı, 25 iyul /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər müşahidə olunur.
Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar iyulun 25-də saat 09:00-dan 18:00-dək "Tovuz" avtomatik qazpaylayıcı stansiyasından qidalanan "Tovuz 2-ci xətt" ölçü qovşağında, saat 10:00-dan 18:00-dək "Şıxlı" avtomatik qazpaylayıcı stansiyasında, "Kövər", "Bərdə-Samux", "Bərdə", "Tərtər", "Ağdam 4 yol" ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılır.
Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər şəhərlərinə, Yevlax rayonunun Kövər kəndinə, Ağdam rayonunun bir hissəsinə, Qazax rayonunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.