...

İranın Milli Qaz Şirkətinə yeni rəhbər təyin olunub

Energetika Materials 5 Sentyabr 2013 17:01 (UTC +04:00)
İranın neft naziri Bijən Namdar Zəngənə ölkənin Milli Qaz Şirkətinin baş direktoru vəzifəsinə Həmidrza Əraqini təyin edib.
İranın Milli Qaz Şirkətinə yeni rəhbər təyin olunub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın neft naziri Bijən Namdar Zəngənə ölkənin Milli Qaz Şirkətinin baş direktoru vəzifəsinə Həmidrza Əraqini təyin edib. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

H.Əraqi bu vəzifədə Cavad Ocini əvəz edəcək. O, bundan əvvəl İranın Milli Qaz Şirkətində Qazpaylama idarəsinin rəisi, şirkətin İsfahan əyaləti üzrə rəhbəri və digər vəzifələrdə çalışıb.

Uzun müddətdir neft nazirinin müavini və Milli Qaz Şirkətinin sabiq baş direktoru Cavad Oci isə İran Milli Neft Şirkətinin baş direkotru Əhməd Qəlebaninin əmri ilə onun müşaviri vəzifəsinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti