...

ARDNŞ ötən ay 12 min metrə yaxın qazma işi görüb

Energetika Materials 3 Oktyabr 2013 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

2013-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 914 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 893 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 119 123 metr qazma işi görülüb ki, bunun da 112 789 metri istismara, 6334 metri kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti