...

Azərbaycanda qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 3200 ədədə yaxın texniki şərt verilib

Energetika Materials 22 Oktyabr 2013 18:25 (UTC +04:00)
2013-cü ilin 9 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 3164 ədəd texniki şərt verilib.
Azərbaycanda qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 3200 ədədə yaxın texniki şərt verilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

2013-cü ilin 9 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 3164 ədəd texniki şərt verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyinin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 568 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırığı hazırlanıb.

Cari ilin yanvar-sentyabr aylarında "Azəriqaz" İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 3770 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilib. Bunun da 123-ü fərdi yaşayış evləri, 674-ü kənd və qəsəbələrin qazlaşdırılması, 804-ü obyektlərin təmiri, 2134-ü sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 35-i inzibati binalar, anbar binaları və s. tikinti işləri üzrədir.

Müvafiq dövr ərzində fiziki və hüquqi şəxsin müraciəti əsasında hazırlanan 2290, habelə Birliyin sifarişi ilə hazırlanan 1446 layihə-smeta sənədi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti