...

Taner Yıldız: İrana qarşı sanksiyalar aradan qaldırılsa, Türkiyə neft idxalını artıra bilər

Energetika Materials 26 Noyabr 2013 07:19 (UTC +04:00)
Əgər İrana qarşı sanksiyalar aradan qaldırılsa, Türkiyə İrandan neft idxalını tədricən sutkada 130-140 min barelədək artıra bilər. Trend-in "Hurriyet Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Taner Yıldız: İrana qarşı sanksiyalar aradan qaldırılsa, Türkiyə neft idxalını artıra bilər

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Əgər İrana qarşı sanksiyalar aradan qaldırılsa, Türkiyə İrandan neft idxalını tədricən sutkada 130-140 min barelədək artıra bilər. Trend-in "Hurriyet Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Nazir bildirib: "Biz İran iqtisadiyyatına qoyulan sanskiyalar səbəbindən İrandan neft idxalını sutkada 105 min barelədək azaltdıq. Əgər sanksiyalar aradan qaldırılsa, idxal artırılacaq".

Onun sözlərinə görə, Türkiyə dünyada sübut edilmiş neft ehtiyatları üzrə üçüncü və Türkiyəyə ikinci əsas neft tədarükçüsü olan İrana əhəmiyyət verməyə bilməz.

Qeyd edək ki, Türkiyə Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq edilməsindən sonra İrandan neft idxalını azaltmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti